top
Həzi Aslanov: əgər o bir gün də yaşasaydı, müdafiə naziri olacaqdı
24 yanvar 2023, 00:30
- ↺ +

Həzi Aslanov: əgər o bir gün də yaşasaydı, müdafiə naziri olacaqdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 24 yanvar 1945-ci ildə Miatva (Latviya, Yelqava) şəhərində vəfat edib [1].

1945-ci ildə bütün müttəfiq respublikalarda Müdafiə Nazirlikləri yaranırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırov isə həmin zaman Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin edəcəkdi. Bağırov hətta Stalinə zəng edib və Aslanovun Azərbaycana gəlməsi üçün icazə aldı. Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforoviç Baqramyan həmin zaman Aslanova dedi: “Həzi, mən səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi.

Həzi Aslanovun bir yük maşını vardı və o, dincəlmək üçün həmin maşını istifadə edirdi. 24 yanvar 1945-ci ildə onu görən şahid Kulkov deyir ki, Aslanovun ayağında milli qaydada toxunmuş corab var idi. Aradan 20-25 dəqiqə keçməmiş altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir. Minamyot isə sovet ordusu sahəsindən atılmışdı. Bu isə Həzi Aslanovun Baqramyan tərəfindən qətlə yetirildiyini təsdiqləyir [2].

Aslanovu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt Baqramyanın əmri ilə təyyarə işə salınmayıb və Həzi Aslanov vəfat edib. Yazıçı-jurnalist Musa Bağırov “Sərkərdənin taleyi” adlı kitabında yazıb: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu…Beqiaşvili ilə mən Tbilisidə - onun evində görüşdüm. O dedi: “Aslanov yaralananda mən orada yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım…Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı…Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı…”. Beqiaşvilinin fikirincə, Aslanov qətlə yetirilib” [3].

Ədəbiyyat: 


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. http://tarixinstitutu.az/personalities/view/110

  3. https://azvision.az/news/116700/bir-gun-de-yasasa,-mudafie-naziri-olacaqdi-%E2%80%93-generalin-olumunun-boyuk-sirri-musahibe+video.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər