Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” seminarı təşkil edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində verir.
Təlim vaxtı xilasedicilər şərti zərərçəkmişləri hündürmərtəbəli binadan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, həmçinin qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.
Sonda təlimin nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Tədbirin keçirilməsində məqsəd hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması və xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.