Lənkəran-Astara regionu üzrə cari həftədə baş tutacaq tədbirlərin cədvəli hazırlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.
Belə ki:
17 yanvar saat 11:00-da Masallı Tarix Diyarşünaslıq Muzeyində 20 Yanvar-Ümumxalq Hüzn Günü münasibəti ilə “Şəhidlər unudulmur” adlı görüş;
18 yanvar saat 11:00-da Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində “20 yanvar-Azərbaycan xalqı üçün unudulmaz tarixdir" mövzusunda gənclərlə dəyirmi masa;
19 yanvar tarixində Lənkəran Gənclər Evində 20 Yanvar-Ümumxalq Hüzn Günü münasibəti ilə “Son anda” filminin nümayişi həyata keçiriləcək.