top
Cənubun qəhrəmanı: Nuru Paşanın sərkərdəsi Yusif Camal Paşa
21 oktyabr 2023, 01:09
- ↺ +

Cənubun qəhrəmanı: Nuru Paşanın sərkərdəsi Yusif Camal Paşa

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yusif Camal bəy 1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri olub. Yerli əhali onu “Camal Paşa” adlandırırdı. Ehtimal edilir ki, o, yarbay (polkovnik) idi.

Camal Paşa 1918-ci il mart qırğınları zamanı Lənkəran qəzasına gəlib, yerli əhali ilə birgə rus-erməni qırğınlarının qarşısını almaq üçün vuruşub [1]. Onun dəstəsində 300-500 nəfərə qədər döyüşçü var idi [2].

1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra Yusif bəy həbs edilərək Bakıya aparılıb. O, həbsdən çıxdıqdan sonra Lənkəran qəzasına geri qayıdaraq, mübarizəyə davam edib. Yazıçı Mirhaşım Talışlı onun haqqında deyib: “Camal Paşa Astarada, Lənkəranda törədilən qırğınların qarşısını almaq, xalqa kömək üçün bura gəlibmiş. Düzdür, onları düz başa düşməyənlər də olub”. Sovet dövründə Camal Paşa haqqında mənfi fikirlər söylənilirdi, bu isə hakimiyyətin tələbi idi.

Lənkəranın Gərmətük qəsəbə sakini Əlibala Nurullayevin sözlərinə görə, Camal Paşanın qərargahı Lənkəranın Gərmətük qəsəbəsində olub. Sonradan həmin yer yandırılıb. Astaranın Pensər kənd sakini İntizar Mürsəlov isə deyirdi ki, Camal Paşanın bir iqamətgahı da Pensər kəndində olub.

İntizar Mürsəlov Camal Paşa haqqında qeyd edib: “Dövrünün xeyriyyəçisi olmuş Pensər kənd sakini Hacı Teymurun oğlu Hacı Osman (mənim ulu babam) İstanbulda təhsil alıb. Elə həmin illərdə də Yusif Camalla dost olublar. Hacı Osman Camal Paşaya bələdçilik etmiş, son nəfəsinə kimi onunla birlikdə vuruşmuşdur. Onlar Pensər kəndindən 2-3 km aralıda yerləşən Kolatan kəndi ərazisində düşmənin top atəşinə tutulmuşdular...” [1]. Bəzi mənbələrə görə, 1920-ci ilin dekabrında bir nəfər Astaranın Kələdəhnə yaxınlığında onları güllələyir [2]. Mürsəlov Yusif bəyin vəfatı ilə bağlı başqa bir ehtimalın olduğunu da söyləyib. Onun sözlərinə görə, döyüşlərin birində mühasirəyə düşən Yusif Camal düşmən pulemyotunun qarşısında duran döyüşçülərinin özlərini itirdiklərini görür. “Türk mərmidən qorxmaz” - deyərək özünü pulemyotdan açılan atəşin qabağına atır.

Vəsiyyətinə görə, Camal Paşa dostu Hacı Osmanın yanında, Astaranın Pensər kəndindəki Hacı Teymur məscidinin həyətində dəfn edilib [1]. 2017-ci ildə onların başdaşları yenilənib [3].

Ədəbiyyat: 


  1. http://www.anl.az/down/meqale/zaman/2014/iyul/380686.htm

  2. http://www.anl.az/down/meqale/azerbaycan/2012/mart/241136.htm

  3. https://apa.az/az/xeber/sosial-xeberler/xeber_astarada_qafqaz_islam_ordusunun_sehid_za_-466074


[caption id="attachment_46883" align="alignnone" width="336"]Yusif Camal Paşa Foto cenublu.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər