Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi bu həftə keçiriləcək tədbirlərin cədvəlini hazırlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 dekabr tarixində verir.
Belə ki:
- 11 dekabr tarixində Lənkəran Gənclər Evi, Cəlilabad şəhər Heydər Əliyev Mərkəzi və Astara Gənclər Evində 12 dekabr – Heydər Əliyevin anım günü münasibətilə “Vətənə, xalqa həsr edilən ömür” adlı tematik tədbir;
- 12 dekabr saat 11:00-da Masallı şəhər Heydər Əliyev Mərkəzində 12 dekabr – Heydər Əliyevin anım günü münasibətilə “Vətənə, xalqa həsr edilən ömür” adlı ekskursiya və sənədli filmə baxış;
- 15 dekabr saat 11:00-da Cəlilabad şəhər Tarix-Diyarşünaslıq muzeyində "Tariximizin izləri" adlı gənclərin muzeyə ekskursiyası baş tutacaq.