Lənkəran-Astara Regional Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində 20 Yanvara həsr olunmuş bir sıra tədbirlər baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
Tədbirlər çərçivəsində şagirdlər 20 Yanvara həsr edilmiş ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Həmçinin kitab, foto və rəsm sərgiləri təşkil olunub və Şəhidlər xiyabanı ziyarət edilib.