Cari ilin 9 ayı ərzində Azərbaycanda hotellər ümumilikdə 370 milyon manat gəlir əldə edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 dekabr tarixində Statistika Komitəsinə istinadən verir.
Lənkəran rayonu mehmanxana biznesində 8,8 milyon manat, Masallı rayonu 1,7 milyon manat, Astara rayonu isə 831,9 min manat qazanıb.
Qeyd edək ki, Bakı hotellərin gəlirlərinin səviyyəsinə görə 1-ci yeri tutur. Belə ki, paytaxtın payına ölkə üzrə hotellərin ümumi gəlirlərinin 64%-i düşür.