top
Cəlilabadlı yazıçının anım günüdür
05 fevral 2025, 01:12
- ↺ +

Cəlilabadlı yazıçının anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün cəlilabadlı yazıçı Zakir Sadatlının xatirəsi anılır.

 Zakir Sadatlı kimi tanınan Zakir Əmin oğlu Aslanov 1961-ci il mayın 15-də Cəlilabadın Sadatlı kəndində anadan olub. O, 1978-ci ildə Privolnoye kənd orta məktəbini bitirib. Sadatlı 1979-1981-ci illərdə hərbi xidmətini Əfqanıstanda yerinə yetirib. Zakir Sadatlı 1983-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə o, 1987-ci ildən Bakının 1 saylı şəhər orta məktəbində müəllim işləməklə başlayıb.

Sadatlı 1990-1993-cü illərdə Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ön cəbhədə vuruşub.

O, 1993-cü ildən “AzTV” QSCnin “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru vəzifəsində, 2010-2013-cü illərdə indiki “Radio Respublika”da çalışıb. Sadatlı 20-dən artıq sənədli filmin və verilişlərin ssenari müəllifi olub.

Zakir Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə mətbuatda çıxış edib. Onun ilk mətbu şeirləri olan “Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabadın “Yeni gün” qəzetində dərc olunub. Bundan əlavə, yazıçı “Əfqanıstan uçurumu”, “İraq olsun”, “Salam, baça” və digər əsərlərin müəllifidir.

2008-ci ildə Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində UNESCO-nun 24 türkdilli ölkənin yazarları arasında keçirdiyi müsabiqədə 1574 əsər içində üç qalibdən biri olub.

2013-cü ildə Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatında ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olub.

Zakir Sadatlının əsərləri və şeirləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox mətbuat orqanlarında nəşr edilib.

Zakir Sadatlı 5 fevral 2013-cü ildə vəfat edib və Sadatlı kəndində dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Bu gün, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
Dünən, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Kriminal
Dünən, 10:30

Lerikdə əsgərlikdən qayıdan gənc 200 min manatlıq təzminat tələb edir

İqtisadiyyat
Dünən, 09:48

Azərbaycan nefti bahalaşıb

Siyasət
Dünən, 09:15

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
28 oktyabr 2026, 16:40

Lənkəranda yol sürücülər üçün təhlükəyə çevrilib - VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 16:00

Azərbaycanda nikahların sayı azalır

Bütün xəbərlər
28 oktyabr 2026, 15:15

Lənkəranda qanlı suların dənizə axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
28 oktyabr 2026, 14:30

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
28 oktyabr 2026, 13:55

Sabah hava necə olacaq?

Oxşar xəbərlər