Cəlilabad Rayon İcra Hakimiyyəti “2023-cü ildə Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri işləri” tenderinin nəticələrini elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində Fed.az-a istinadən verir.
Belə ki, tenderin qalibi “Birlik-3A” MMC olub. Qalib şirkətə 246.931 manat ödəniləcək.