Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində şagirdlər üçün “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 fevral tarixində verir.
Seminara məktəbin 65 şagirdi qatılıb. Onlara yol nişanları, nişanlanma xətləri, işıqforun siqnalları, piyada keçidləri, yolayrıcıların keçilməsi, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, hərəkət sürəti, ötmə və qarşılıqlı keçmə, dayanma, durma və digər yol hərəkəti qaydaları haqqında geniş məlumat verilib.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib.