Cəlilabadda “Erkən nikahlar ailə dəyərlərinə xələl gətirir” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 fevral tarixində verir.
Görüş Kazımabad kənd tam orta məktəbinin akt zalında keçirilib.
Tədbirə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi, məsləhətçi-psixoloqu, rayon üzrə gənclər və idman sektorunun, Polis şöbəsinin Göytəpə Polis bölməsinin, təhsil sektorunun əməkdaşları və Kazımabad kənd tam orta məktəbinin direktoru, müəllimləri və şagidləri olmaqla 60 nəfər qoşulub.
Görüş Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.