Cəlilabadda “Xəmsə” intellektual bilik yarışmasının finalı baş tutub
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş “Xəmsə” intellektual bilik yarışmasının final mərhələsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.
Yarışmanın nəticələrinə əsasən:
I yerə “Xarıbülbül” komandası;
II yerə “Şuşa” komandası;
III yerə isə “44 gün”komandası layiq görülüb.
Qaliblər 6 noyabr tarixində Zəfər Gününə həsr edilmiş bayram tədbirində təltif olunacaqlar.