Cəlilabadda “Erkən nikahların fəsadları, İnsan alverinə və narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində verir.
Seminar Cəlilabad Dövlət Rəsm Qalereyasında təşkil olunub. Toplantıya rayon üzrə gənclər və idman sektorunun və Cəlilabad Dövlət Rəsm Qalereyasının əməkdaşları, ADPU Cəlilabad filialının müəllim və tələbələri olmaqla 22 nəfər qatılıb.
Tədbirdə cəmiyyətimizi narahat edən fərqli problemlər barədə müzakirələr aparılıb.
Sonra gənclər narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş virtual sərgiyə baxış keçiriblər.
Qeyd edək ki, təlim Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun və Cəlilabad Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.