Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında biznes nümayəndələri ilə görüş təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində verir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının müavinləri, aparat əməkdaşları, aidiyyəti idarə rəhbərləri və sahibkarlar iştirak ediblər. Burada icra başçısı sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışıb, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd edib.
Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, bəzi problemlər yerində həll olunub və bir sıra məsələlər müzakirə edilib.