Cəlilabad rayonunda "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində verir.
Tədbir Günəşli kənd 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdləri üçün təşkil edilib. Onlara Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev tərəfindən narkomanlıq və digər zərərli vərdişlərdən qorunmaq üçün həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
Seminar Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə baş tutub.