Cəlilabad şəhərində “Özünü tanı” mövzusunda maarifləndirici tədbir təşkil ediləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Görüş 5 mart tarixində saat 11:30-da ADPU-nun Cəlilabad filialının kiçik akt zalında baş tutacaq.
Tədbir ADPU Cəlilabad filialı Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Psixologiya klubunun təşkilatçılığı ilə həyata keçiriləcək.