Cəlilabad rayonunda Novruz bayramı münasibətilə tədbirlər təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində verir.
Tədbirlər çərçivəsində Kosa, Keçəl, Səməni, Qoğal, Bahar qız və digər personajların məzəli, duzlu söhbətləri, “Bayram”, “Novruz” rəqsləri və mahnıları təqdim edilib.
Şənliklər 3 saylı şəhər klubunun, Kazımabad kənd klubu və kitabxana filialının təşkilatçılığı ilə həyata keçirilib.