Cəlilabadda "Sağlam gələcək uğrunda Narkomaniyaya “yox” deyək" adlı tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
Tədbir Cəlilabad 2 saylı şəhər klubu və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Peşə məktəbində həyata keçirilib.
Görüşə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev, Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, Cəlilabad Dövlət Rəsm Qalereyasının direktoru Elçin Nəzərov və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Bəhruz Babaşov cəlb olunublar.
Sonda mövzu ilə əlaqədar çəkilmiş rəsm sərgisinə baxış keçirilib.