Cəlilabad rayonunda “Narkomaniyaya yox deyək!” başlıqlı rəsm sərgisi təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Sərgidə gənc rəssamların bu mövzuda çəkdikləri rəsm əsərləri nümayiş olunub.
Tədbir Cəliabad Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.