Cəlilabad rayonunda "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı şeir müsabiqəsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Burada rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Onlar münsiflər tərəfindən qiymətləndiriliblər.
Yəkunda qaliblərə Fəxri Fərman və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, müsabiqə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektoru, Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.