Cəlilabad rayonunda "Heydər Əliyev ili" ilə əlaqədar intellektual bilik yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 oktyabr tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub. Burada tabe müəssisələr və kitabxana filialları əməkdaşlarından ibarət komandalar biliklərini sınayıb. Onlardan ən çox xal toplayan 4 komanda ikinci mərhələdə iştirak hüququ qazanıb.
Sonda qaliblərə diplom və fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, yarışma Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.