Cəlilabadda "Kitablarla söhbət" adlı kitab müzakirəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Görüş 13 mart tarixində saat 11:30-da ADPU Cəlilabad filialının kiçik akt zalında təşkil olunacaq.
Tədbir ADPU Cəlilabad filialı Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə keçiriləcək.