Cəlilabad rayon Qarazəncir kənd orta məktəbinin müəllim və şagird kollektivi ilə maarifləndirici tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 yanvar tarixində verir.
Görüş zamanı ətraf mühitin mühafizəsi, ekoloji problemlər və onların həlli yolları, tullantıların idarə edilməsi, flora və fauna növlərinin qorunması və s. məsələlər barədə məlumat verilib.
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş tədbir Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumları tərəfindən təşkil edilib.