Bu gün ADPU Cəlilabad filialında "Depressiya bir əhvaldır" adlı tədbir keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 dekabr tarixində verir.
Belə ki, tədbir 7 dekabr tarixində saat 14:30-da universitetin kiçik akt zalında təşkil olunacaq.
Qeyd edək ki, görüş ADPU Cəlilabad filialının Tədbirlərin Təşkili və Tələbələrlə İş şöbəsinin və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Psixologiya klubunun təşkilatçılığı ilə həyata keçiriləcək.