Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Məclisdə çıxış edənlər Azərbaycan qadınının fəal rolundan, onların ictimai-siyasi həyatda qazandıqları uğurlardan danışıblar.
Tədbirdə Cəlilabad RİH-nin başçısının birinci müavini Qalib Xudaverdiyev, aparat əməkdaşları və ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın Cəlilabad RİH başçısının fəxri fərmanları ilə təltif edilib. Əlavə olaraq, RİH-nin təşkilatçılığı ilə Kommunal Müəssisələri Kombinatında çalışan qadın işçilərin bayramı təbrik edilib və onlara gül dəstələri təqdim olunub.
Görüş Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.