Cəlilabad rayonundakı “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Tədbir Göytəpə şəhərində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib. Burada adıçəkilən idarənin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev çıxış edərək bildirib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşib və çoxşaxəli olub.
Daha sonra tədbir Göytəpə şəhər Mədəniyyət Evinin ansamblı və Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, konsertin keçirilməsində məqsəd hərbçilərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin mədəni irsimizin təbliğ edilməsidir.