Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi peşə seçiminə dəstək və mərkəzlə tanışlıq məqsədilə "Açıq qapı" günü keçirəcək. Bu haqda bu gün, 24 aprel tarixində Cenublu.az xəbər verir.
Tədbir 26 aprel tarixində saat 10:00-dan 17:00-dək Göytəpə şəhəri, O. Eynullayev küçəsi, 2 ünvanında baş tutacaq.
Giriş sərbəstdir.
"Açıq qapı"da müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil olunacaq.