top
Bu gün Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin anım günüdür
10 fevral 2025, 03:22
- ↺ +

Bu gün Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mirzə Ağamurad oğlu Cəbiyev 22 fevral 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub.

1943-cü ildə Mirzə Cəbiyev könüllü şəkildə orduya xidmətə gedib. O, 1944-cü ildə kiçik leytenant rütbəsini alıb. Cəbiyev Belarus, Litva, Polşa və Almaniyada olan döyüşlərdə iştirak edib.

Mirzə Cəbiyev 6 aprel 1945-ci ildə Keniqsberq ətrafındakı (hazırda Rusiya, Kalininqrad) döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək, 5 fortu (istehkam) zəbt etmişdi. Cəbiyev şəxsən 8 nəfər düşməni məhv edib və 13 nəfər əsir götürərək, yaralanıb. O, bu şəhərin ən hündür qalasına qələbə bayrağını sancıb. Bu səbəbdən 19 aprel 1945-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülür və bu adı qazanan ən gənc azərbaycanlı olur.

Mirzə Cəbiyev sonralar “Lenin”, “Qırmızı ulduz”, “Şərəf” və s. orden və medallarla təltif olunub.

Cəbiyev müharibədən qayıdandan sonra müxtəlif vəzifələrdə çalışıb, uzun illər Hamoşam kəndində təsərrüfat rəhbəri işləyib. O, 1960-cı illərdə heç bir texnikadan istifadə etmədən, yalın əllə mürəkkəb relyef şəraitində yerləşən Hamoşam kəndinə ilk avtomobil yolu salıb.

Heydər Əliyev Mirzə Cəbiyev haqqında deyirdi ki, ona dəfələrlə şəhərə köçmək, böyük vəzifələrdə işləmək təklif edilsə də, o, doğma kəndindən ayrılmamış və oradakı əhaliyə əlindən gələn köməyi etmişdi.

Mirzə Cəbiyev 10 fevral 1978-ci ildə vəfat edib və Astara şəhərində dəfn olunub. Sonradan doğmalarının xahişi ilə qəhrəmanın nəşi Hamoşam kəndinə gətirilərək, orada torpağa tapşırılıb.

Hazırda Astara şəhərində Mirzə Cəbiyevin büstü qoyulub, mərkəzi küçələrdən birinə və şəhərdəki məktəbə onun adı verilib. Astara rayonunun Hamoşam kəndində isə Cəbiyevin ev-muzeyi var. Həmçinin Kalininqrad şəhərində onun adı Keniqsberq ətrafındakı döyüşlərdə iştirak edənlərin siyahısında və xatirə lövhəsindədir.

Qeyd edək ki, Mirzə Cəbiyevin nəvəsi Çinar Mühəddin oğlu Əliyev 2008-ci il yanvarın 4-də Ağdam bölgəsində hərbi xidmət vaxtı düşmənlə üzbəüz mövqedə təxribatın qarşısını alarkən şəhid olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
Dünən, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Kriminal
Dünən, 10:30

Lerikdə əsgərlikdən qayıdan gənc 200 min manatlıq təzminat tələb edir

İqtisadiyyat
Dünən, 09:48

Azərbaycan nefti bahalaşıb

Siyasət
Dünən, 09:15

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
28 oktyabr 2026, 16:40

Lənkəranda yol sürücülər üçün təhlükəyə çevrilib - VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 16:00

Azərbaycanda nikahların sayı azalır

Bütün xəbərlər
28 oktyabr 2026, 15:15

Lənkəranda qanlı suların dənizə axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
28 oktyabr 2026, 14:30

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
28 oktyabr 2026, 13:55

Sabah hava necə olacaq?

Kriminal
28 oktyabr 2026, 13:15

Xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
28 oktyabr 2026, 12:30

Paytaxtda şagird pəncərədən yıxılıb ÖLDÜ

Oxşar xəbərlər