top
Bu gün “pələng kimi sürətli kəşfiyyatçı” Ziya Bünyadovun doğum günüdür
21 dekabr 2022, 02:45
- +

Bu gün “pələng kimi sürətli kəşfiyyatçı” Ziya Bünyadovun doğum günüdür

Astaralı tarixçi və şərqşünas alim Ziya Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olub.

Bünyadov 1941-ci ildə Böyük Vətən müharibəsinə yollanıb. Həmin ildən müharibənin sonuna qədər o, rota komandiri vəzifəsini tutub. Bünyadov müharibədə Qafqaz, həmçinin Ukrayna, Moldova, Belarus, Polşa uğrunda gedən döyüşlərdə vuruşub. Bundan əlavə, o, Berlin Strateji Hücum əməliyyatında iştirak edib [4].

Bünyadov haqqında 1942-ci ildə “Qırmızı ulduz” jurnalında yazılıb: “Pələng kimi sürətli kəşfiyyatçı Ziya Bünyadov inanılmaz şəraitdə düşmənin sayı, silah-sursat və yeri barədə dəqiq məlumat verə bilirdi” [3].

O, 1945-ci ilin yanvarında 123-cü cərimə rotasına komandir vəzifəsinə təyin olunub. Cərimə rotası, adətən, ən təhlükəli və məsuliyyətli əməliyyatlara göndərilirdi [4].

Visla-Oder əməliyyatı zamanı, 14 yanvar 1945-ci ildə Bünyadov başda olmaqla, rota Pilitsa çayının üzərində olan körpünü tutub, Palçev (Polşanın Varka şəhərindən 6 km aralıda) yaşayış məntəqəsinə kömək üçün gələnləri gözləyərək, ərazini öz nəzarəti altında saxlayıb [1]. Həmin zaman Ziya Bünyadovun əlahiddə ordu rotası su həddini birinci keçənlərdən olub. Bu əməliyyat zamanı o, öz döyüşçüləri ilə birgə 160 düşmən əsgərini məhv edib, 45 faşisti mühasirəyə alıb [2]. Bundan əlavə, rota 5 minaatan silah, 3 top və bir çox başqa hərbi sursat ələ keçirib. Bu səbəbdən 22 yaşlı Ziya Bünyadov 27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb [1].

Daha sonra Bünyadov Berlin uğrunda gedən əlbəyaxa döyüşlərdə vuruşub [4]. Berlin Strateji Hücum əməliyyatı zamanı öz rotası ilə birgə Ziya Bünyadov 100-ə yaxın əsgəri məhv edib, 70 faşisti mühasirəyə alıb. Bu döyüşdəki nailiyyətlərinə görə, o, 18 may 1945-ci ildə “Qırmızı Bayraq” ordeni ilə təltif edilib [3].

Müharibə zamanı Bünyadov bir neçə dəfə ağır yaralanıb kontuziya alsa da, döyüş bölgəsini tərk etməyib. Böyük Vətən müharibəsi dövründə onun başına girmiş şüşə parçasının 30 il sonra çıxarılmasına baxmayaraq, ömrünün sonuna kimi baş ağrılarından qurtula bilməyib [4].

Böyük Vətən müharibəsi illərində o, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Berlinin alınmasına görə” medalları və digər mükafatlarla təltif edilib [3].

Ədəbiyyat:


  1. Герои Советского Союза. Москва-1987.

  2. Azərbaycanın qızıl ulduzları. Bakı-1975.

  3. А.А.Гусейнов. Азербайджан 1941-1945. Герои Советского Союза. Баку-2017.

  4. https://warheroes.ru/hero/hero.asp?Hero_id=1680


Son xəbərlər

Kriminal
Bu gün, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
Bu gün, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
Bu gün, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 14:50

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:21

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

Cəmiyyət
Bu gün, 13:56

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Bu gün, 13:22

Astarada 18 kq narkotik aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:53

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Bu gün, 12:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Bu gün, 11:55

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Kriminal
Bu gün, 11:26

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kriminal
Bu gün, 10:58

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:25

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Bu gün, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Bu gün, 09:18

İmişlidə kişi həyətdə yıxılıb öldü

Cəmiyyət
Dünən, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Dünən, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Dünən, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Dünən, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Dünən, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Dünən, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Dünən, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Oxşar xəbərlər