top
Bu gün özünəməxsus üslub yaradan rəssam Tələt Şıxəliyevin doğum günüdür
01 yanvar 2024, 01:00
- ↺ +

Bu gün özünəməxsus üslub yaradan rəssam Tələt Şıxəliyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tələt Ağalar oğlu Şıxəliyev 1 yanvar 1928-ci ildə Masallı rayonunun Digah kəndində anadan olub [1]. O, Talışxanovlar nəslinin nümayəndəsidir [2].

Şıxəliyev 1946-1951-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində, 1952-1961-ci illərdə isə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb [1].

1962-ci ildən rəssamın əsərləri respublika və xarici ölkə sərgilərində nümayiş olunmağa başlayıb. O, “Abşeron məktəbi” kimi tanınan rəssamlardan ibarət qrupun üzvlərindən biri olub [2].

1972-ci ildən Tələt Şıxəliyev kətan üzərində qızılı-sarı palitrası və enerjili fırça vuruşları ilə seçilən özünəməxsus üslub yaradıb [3]. Rəssam daha çox portret və mənzərə janrında çəkirdi. Həmçinin rəssamın “Oğlumun portreti”, “Gənc rəssam”, “Qızım yatarkən”, “Uşaq və pişik” kimi tabloları uşaqların istək və arzularını ifadə edir.

Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Tələt Şıxəliyev haqqında deyib: “...Onun yaradıcılıq emalatxanasında və sənət görüşlərində rəssam dostları ilə apardığı qızğın müzakirələr hər kəsdə böyük maraq doğururdu. Müxtəlif yaradıcılıq istiqamətlərində çalışan rəssamları ətrafına toplayardı. Hər bir rəssamın yaradıcılığına hörmət hissi ilə yanaşar və uğuruna uşaq kimi sevinərdi”.

Tələt Şıxəliyev 1982-ci ildə “Əməkdar rəssam” adına layiq görülüb [2].

Onun fərdi sərgiləri Bakıda 2008 və 2014-cü illərdə, Moskvada isə 1980-ci ildə təşkil edilib [1,2].

Şıxəliyevin əsərləri Bakı muzeyləri ilə yanaşı, həm də Moskvadakı Tretyakov Qalereyasında və Şərq Xalqları İncəsənəti Muzeyində, eləcə də ABŞ-də, Avropa, Asiya və Yaxın Şərq ölkələrinin şəxsi kolleksiyalarında saxlanılır [4].

Tələt Şıxəliyev 1 iyul 1987-ci ildə Bakı şəhərində vəfat edib [1].

Ədəbiyyat:


  1. “Искусство за толерантность. Художники ближнего зарубежья в коллекции Томского областного художественного музея”. Томск-2009.

  2. https://medeniyyet.az/page/news/35552/Emekdar-ressam-Telet-Sixeliyevin-ferdi-yaradiciliq-sergisi.html

  3. https://www.trend.az/life/culture/3263562.html

  4. https://medeniyyet.az/page/news/60639/Sari-rengin-isigi.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər