top
Bu gün lənkəranlı snayper Baloğlan Abbasovun anım günüdür
23 noyabr 2023, 01:40
- ↺ +

Bu gün lənkəranlı snayper Baloğlan Abbasovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baloğlan Mirzağa oğlu Abbasov 15 dekabr 1919-cu ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub.

O, Lənkəran Subtropik Bitkilər Texnikumunu bitirdikdən sonra kənddəki təsərrüfatda işləyib.

Abbasov 1939-cu ildə sovet ordusu sıralarına çağırılıb, 1941-ci ildə Ukrayna, 1942-ci ildə isə Stalinqrad (Volqoqrad) cəbhələrində vuruşub. O, xidmət etdiyi hissədə snayperlik hərəkatının təşəbbüsçülərindən biri olub [1]. Serjant Baloğlan Abbasov 51 günə 106 faşisti məhv edib, usta atıcılar arasında birinci yer tutub. Onun təlim keçdiyi snayperlər tərəfindən isə həmin zaman 615 faşist öldürülüb [1,2].

Baloğlan Abbasov 19 noyabr 1942-ci ildə sovet qoşunlarının hücumu zamanı döyüşdə həlak olan taqım komandirinin yerinə təyin edilib və öz bölüyü ilə almanlarla əlbəyaxa döyüşə girərək, onları mövqelərindən qovub [3].

Baloğlan Abbasov 23 noyabr 1942-ci ildə Stalinqrad vilayətinin Qorodişenski rayonunda düşmənin möhkəmləndirilmiş məntəqəsinə hücum zamanı həlak olub [4]. Ölümündən sonra Qırmızı Bayraq ordeni ilə təltif edilib. O, həmçinin “İgidliyə görə” medalını, Ali Baş Komandanlığın təşəkkürünü alıb. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə Abbasovun adı əbədi olaraq qvardiya diviziyası şəxsi heyətinin siyahısına daxil edilib [1].

Şəkər Aslanın “Mən qayıtmasam”, Mirhafiz Bahadırın “Berlinə açılan tüfəng” poemaları, Etibar Əhədovun “Odlu izlərlə” sənədli povesti Baloğlana həsr olunub [1].

Rus yazıçısı Pyotr Pavlenkonun 1943-cü ildə Moskvada “Baloğlan Abbasov” adlı kitabı nəşr olunub. Həmin kitabda yazılıb: “Əgər azərbaycanlı şair qəhrəman haqqında mahnı demək istəyirsə, qoy bu mahnını Baloğlan Abbasova həsr etsin…Əgər o, bənzəmək istədiyi qəhrəmanın adını çəkmək istəsə, qoy cəsarətlə Baloğlan Abbasovun adını çəksin…Ey insanlar! İyirmi üç yaşında əbədiyyətə qovuşan Baloğlan Abbasovu unutmayın. İgidlik göstərib onunla kifayətlənən adam hələ qəhrəman deyildir; əsl qəhrəman o şəxsə deyirlər ki, başqalarını da Baloğlan Abbasov kimi özünə bənzəməyə öyrətsin” [5].

Hazırda Lənkəran şəhərində küçələrdən biri onun adını daşıyır və Kənarmeşə kəndində idarə binasının qarşısında qəhrəmanın abidəsi ucaldılıb. Stalinqradda Mamay təpəsində qoyulan abidə kompleksində Abbasovun adı həkk edilib [1].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. В.А.Беляева. Трудовой героизм рабочих Азербайджана в годы Великой Отечественной войны (1941-1945 гг.). Баку-1967.

  3. http://airaces.narod.ru/snipers/m1/abbasov.htm

  4. http://soviet-aces-1936-53.ru/snipers/abc/a/abbasov_b.htm

  5. http://www.anl.az/down/meqale/adalet/2012/may/248549.htm


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər