18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. 15 oktyabr 2021-ci ildə 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü elan edilməsi haqqında Qanun qəbul olunub. 1990-cı illərdən Azərbaycan xalqı bu günü bayram kimi qeyd edir.
1992-ci ilin may ayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni, az sonra üçrəngli Bayraq, daha sonra isə Dövlət Gerbi təsdiq edilib.