Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
Rəsulzadə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri, AXC Parlamentində “Müsavat” və bitərəflər fraksiyalarının sədri olub. O, bir müddət muxtəlif ölkələrdə yaşasa da, daim Azərbaycanın azadlığı uğrunda mübarizə aparıb.
Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Türkiyənin Ankara şəhərində vəfat edib və Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.