top
Bu gün aktyor Həsən Məmmədovun anım günüdür.
26 avqust 2026, 09:14
- +

Bu gün aktyor Həsən Məmmədovun anım günüdür.

Görkəmli aktyor Həsən Məmmədovun xatirəsi yad olunur.

Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyanda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar fasilələrlə burada çalışıb.

Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun "Gülüstanda qətl" dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

 Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

 Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.

O, 2003-cü il avqustun 26-da vəfat edib.

Son xəbərlər

Mədəniyyət
Dünən, 15:22

Yardımlıda arxeoloji qazıntı zamanı insan sümükləri tapılıb

Bütün xəbərlər
Dünən, 13:22

Salyan rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT

Faydalı
Dünən, 12:08

Lənkəranda güzəştli mənzillər satışa çıxarılıb

Bütün xəbərlər
Dünən, 11:15

Nərdivandan yıxılan 73 yaşlı lənkəranlı öldü

Bütün xəbərlər
Dünən, 10:20

İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb

Bütün xəbərlər
Dünən, 09:16

Bu gün Cəlilabadda 44 kənd işıqsız qalacaq

Kriminal
03 sentyabr 2026, 17:04

8 yaşlı qıza qarşı əxlaqsızlıq edənə CƏZA — MƏHKƏMƏ

Bütün xəbərlər
03 sentyabr 2026, 16:04

Lənkəranda sahibsiz itlər problemi yenə gündəmdə

Bütün xəbərlər
03 sentyabr 2026, 15:03

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Bütün xəbərlər
03 sentyabr 2026, 14:30

Ötən gün xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
03 sentyabr 2026, 14:03

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Kriminal
03 sentyabr 2026, 13:02

Keçmiş yeznəsini küçədə güllələmişdi – Şikayəti rədd edildi

Bütün xəbərlər
03 sentyabr 2026, 12:00

Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb

Bütün xəbərlər
03 sentyabr 2026, 11:03

Şəhid anası vəfat etdi

Faydalı
03 sentyabr 2026, 10:33

Birinci sinfə qəbul başa çatır

Bütün xəbərlər
03 sentyabr 2026, 09:45

Tanınmış ailəyə ağır itki üz verib

Bütün xəbərlər
03 sentyabr 2026, 09:02

Salyanda zəncirvari qəza: 5 nəfər xəsarət alıb

Bütün xəbərlər
02 sentyabr 2026, 17:01

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri açıqlandı

Bütün xəbərlər
02 sentyabr 2026, 16:06

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini açıqladı

Kriminal
02 sentyabr 2026, 14:31

Biləsuvarda qardaşı üçün ərindən pul istəyən qadın döyüldü

Bütün xəbərlər
02 sentyabr 2026, 12:47

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Bütün xəbərlər
02 sentyabr 2026, 12:03

Anar Bayramov: Daha çox nəticə göstərən həkimlərimiz artıq əməkhaqqı almalıdır

Bütün xəbərlər
02 sentyabr 2026, 11:28

72 mindən çox tibb işçisinin maaşı artırıldı - RƏSMİ

Bütün xəbərlər
02 sentyabr 2026, 09:24

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Oxşar xəbərlər