top
Azərbaycanın ən qədim qoruqlarından biri: Hirkan Milli Parkı
17 aprel 2023, 02:24
- +

Azərbaycanın ən qədim qoruqlarından biri: Hirkan Milli Parkı

Hirkan Milli Parkı Azərbaycanın cənubi-şərqində, Lənkəran, Astara və Lerik inzibati rayonlarının ərazisində yerləşir. Milli Park 9 fevral 2004-cü ildə yaradılıb [2].

Bu Milli Park Azərbaycanın ən qədim qoruqlarından biridir. Onun bitki örtüyünü və heyvanlar aləmini qorumaq məqsədi ilə 1936-cı ildə bu ərazi qoruq elan olunub. Qoruq 1969-cu ildə yenidən təşkil edilmişdir [1].

Milli Parkın yaradılmasında məqsədlər bunlar idi: həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, “Qırmızı Kitab”a daxil edilmiş flora və fauna növlərinin qorunub saxlanılması və s. [1].

Hirkan meşələrinin hər min hektarına 32 bitki növü düşür, bu isə əraziyə Qafqazın xarakterik floraya malik 18 ərazisi arasında birinci yeri tutmağa imkan verir [3].

Azərbaycanda yayılan 435 ağac və kolun 150-si Hirkan meşələrində bitir, onlardan 36-sı isə endemikdir. Burada “Qırmızı Kitab”a daxil edilmiş Hirkan şümşadı, Hirkan ənciri, ipək akasiyası, ürəkyarpaq qızılağac, vəhşi heyvan növlərindən isə ayı, vaşaq, dağ keçisi, xallı maral, çöl donuzu, bəbir və s. qorunur.

Qoruq yaradılanda burada ilk növbədə nəsli kəsilmiş heyvanları bərpa etmək qərara alınıb. Bu səbəbdən 1985-ci ildə qoruğa Ussuri çayının ətrafında yaşayan 77 xallı maral gətirilmişdir [1].

Milli park 21 mindən artıq hektar ərazidə yaradılıb. Sonradan onun ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb.

Hirkan Milli Parkında 100-dən çox təbiət və mədəniyyət abidələri var [2].

2005-ci ildə bir çox heyvan növlərinin qorunub saxlanılması məqsədilə 2 mindən çox hektar ərazidə Hirkan Dövlət Yasaqlığı yaradılıb [1].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanası. Milli parklar.

  3. https://az.sputniknews.ru/20161021/dom-ljudoeda-girkanskij-zapovednik-407436516.html


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:56

Arazı üzərək Azərbaycana keçən əfqanlar TUTULDU

Bütün xəbərlər
Dünən, 17:31

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 16:58

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:27

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:56

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 15:25

Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib

Bütün xəbərlər
Dünən, 14:53

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 14:14

Bir gündə 55 cinayət açıldı

İqtisadiyyat
Dünən, 13:40

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Kriminal
Dünən, 13:05

Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Kriminal
Dünən, 12:36

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:05

Saatlılı bankir evində ölü tapıldı

Kriminal
Dünən, 11:33

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 11:00

Şəhid Elkiyar Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:30

Şuşa fatehinin atası vəfat etdi

Bütün xəbərlər
Dünən, 09:54

Cəlilabadda qəza: Xəsarət alanlar var - VİDEO

Cəmiyyət
Dünən, 09:19

İmişlidə uşaq velosipedlə traktorun altında qaldı

Bütün xəbərlər
06 avqust 2026, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
06 avqust 2026, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
06 avqust 2026, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
06 avqust 2026, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
06 avqust 2026, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
06 avqust 2026, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
06 avqust 2026, 14:50

Sabah hava necə olacaq?

Oxşar xəbərlər