top
Azərbaycanın ən böyük qoruğu: Qızılağac Milli Parkı - VİDEO
01 yanvar 2025, 02:49
- ↺ +

Azərbaycanın ən böyük qoruğu: Qızılağac Milli Parkı - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran rayonu ərazisində, Lənkəran şəhərinin mərkəzindən 35 km aralıqda, Sara yarımadası istiqamətində yerləşir. Qoruq 3 iyun 1929-cu ildə yaradılıb, 26 sentyabr 2018-ci ildə isə Milli park statusunu alıb. Bu Milli parka Qızılağac körfəzi, Kiçik Qızılağac körfəzi və onların sahil zonası daxildir.

Bu ərazidə qızılağacın çoxluğundan, qoruq onun adını daşıyır. Qızılağac meşələrin kənarında, çay və göl sahillərində böyüyən geniş qırmızı yarpaqları olan bir ağacdır.

Sahəsinə görə Azərbaycanda birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur. Milli parkın ilkin sahəsi 180 min hektar idi, hazırda isə 88,4 min hektar təşkil edir.

Qızılağac Milli parkının yaradılmasında əsas məqsəd ərazidə təbii kompleksin öyrənilməsi, burada məskunlaşmış bitkilərin, heyvanların qorunması və onların saylarının artırılmasıdır.

Qızılağac qoruğu 1976-cı ildə YUNESKO-nun “Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyasının (Ramsar Konvensiyası) quşların məskunlaşması üzrə 12 beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib. Bu səbəbdən də Milli parkın ərazisi beynəlxalq əhəmiyyətli qoruq hesab olunur.

Respublikanın “Qırmızı Kitabı”na düşən quşların əksər növləri Milli parkda və onun sərhəd ərazilərində müşahidə olunur. Burada 248 növ quş, 30 növdən çox balıq və bir çox başqa heyvanlar saxlanılır. Milli parkda ildə 300 növə yaxın quş məskunlaşır: qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, boz kəklik, turac, adi dovdaq, sultantoyuğu, ərsindimdik, çəhrayı flaminqo və s. Buraya hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan bir çox quşlar qışlamağa köçüb gəlirlər.

Milli parkla yanaşı, burada 1978-ci ilin fevralından Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir. O Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
Dünən, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Dünən, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Dünən, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Dünən, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Dünən, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Dünən, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Dünən, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Dünən, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

İqtisadiyyat
Dünən, 10:26

ŞAD XƏBƏR: Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Dünən, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Dünən, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Dünən, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
29 oktyabr 2026, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
29 oktyabr 2026, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
29 oktyabr 2026, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
29 oktyabr 2026, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
29 oktyabr 2026, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
29 oktyabr 2026, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
29 oktyabr 2026, 13:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər