top
Azərbaycan SSR-nin Əməkdar artistinin doğum günüdür
09 fevral 2025, 02:00
- ↺ +

Azərbaycan SSR-nin Əməkdar artistinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan SSR-nin Əməkdar artisti, xanəndə Cahan Talışinskayanın doğum günüdür. 

Cahan Rza qızı Talışinskaya 9 fevral 1909-cu ildə Lənkəran şəhərində anadan olub.

O, general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanımın qızıdır.

1918-ci ildə Cahan xanım ailəsi ilə Bakıya köçüb. O, 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işləyib. Talışinskaya 1933-1936-cı illərdə “Şərq musiqi ansamblı”nın tərkibində Rusiyanın və Ukraynanın şəhərlərində qastrol səfərlərində olub. 1934-1942-ci illərdə Azərbaycan, 1942-1944-cü illərdə Özbəkistan Dövlət filarmoniyalarının solisti kimi çalışıb. O, 1939-cu ildə Moskvada Birinci Ümumittifaq müsabiqəsinin laureatı olub.

1930-cu illərdə Bakıya Əfqanistan şahı Əmənulla xan gəlib. Onun şərəfinə keçirilən konsertdə Cahan Talışinskaya çıxış edib. Konsertdən sonra şahın həyat yoldaşı minnətdarlıq əlaməti olaraq, Cahan xanıma qızıl qol saatı hədiyyə edib. Ertəsi gün Talışinskayanı NKVD-yə dəvət ediblər və saatı ondan alıblar. Bir gün sonra isə saatı qaytarıblar. Həmin saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılıb.

Talışinskaya 1940-cı illərdə Tbilisidə Azərbaycan Teatrında və Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Burada o, “Leyli və Məcnun”, “Arşın mal alan”, “Əsli və Kərəm” və s. tamaşaların baş rollarında çıxış edib.

Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva kimi xanəndələr ilə konsert proqramlarında iştirak edib.

Talışinskaya xüsusi musiqi savadı olmadan pianinoda, tarda və bir çox başqa alətlərdə ifa edə bilirdi.

Cahan Talışinskaya 1 mart 1967-ci ildə Bakıda, pianinoda çalıb oxuduğu zaman iflic olaraq, dünyasını dəyişib.

Son xəbərlər

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Kriminal
Dünən, 11:50

15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi

Bütün xəbərlər
Dünən, 11:15

Astaralı şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 10:40

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Siyasət
Dünən, 10:04

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Dünən, 09:37

Xəstəxana direktoru vəzifəsindən azad edildi

Bütün xəbərlər
Dünən, 09:08

Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır

Bütün xəbərlər
Dünən, 00:01

3 noyabr 2020: Vətən müharibəsinin 38-ci günü

Oxşar xəbərlər