Astaradan olan 51 yaşlı pəhləvan Mahir Rəhimov qarlı havada Xəzər dənizində çimib. Bu haqda məluamtı Cenublu.az bu gün, 15 yanvar tarixində verir.
Qeyd edək ki, Mahir Rəhimov Astara rayonunun Giləkəran kəndində anadan olub. O, uzun müddətdir ki, idmanla məşğuldur. Atası Sudeif Rəhimov idman müəllimidir. Bir çox televiziya şoularında iştirak edib. Şouların birində o, 108 tonluq vaqonu dartıb.