top
Astaralı alim Ziya Bünyadovun terror təşkilatı tərəfindən hazırlanmış ölümü
21 fevral 2023, 01:30
- ↺ +

Astaralı alim Ziya Bünyadovun terror təşkilatı tərəfindən hazırlanmış ölümü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ölümdən qorxmaq yox, onu yaşamaq lazımdır” - Ziya Bünyadov [3].

21 fevral 1997-ci ildə akademik Ziya Bünyadov “Hizbullah” terror təşkilatının üzvləri tərəfindən öz evinin qarşısında qətlə yetirilib [1].

Dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər və Bünyadovun həyatına son qoymaq qərarına gəliblər. Yığıncaqda onun İslam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verdiyi bildirilib [2].

1997-ci ilin yanvar-fevral aylarında bir neçə nəfər Bünyadovun yaşadığı evin yerləşdiyi ərazini öyrənib. 21 fevral 1997-ci ildə onlar 2 qrupa ayrılıblar. Silahlanmış dəstə üzvlərindən bir neçə nəfər Bünyadovun evə qayıtma vaxtını 2-ci qrupa məlumat verib. Dəstə üzvləri Ziyanın yaşadığı binanın yanında onu gözləyiblər.

1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Nizami Nağıyev Bünyadovun arxa tərəfinə keçib ona 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev gələrək, “Makarov” markalı tapança ilə Ziyanın üzünün sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Hər iki şəxs hadisə yerindən qaçıb [5].

24 mart 1997-ci ildə qətldə əli olan bir neçə şəxs gizli yolla İrana keçiblər. Lakin 2000-ci ildə onlar məhkəmədə azadlıqdan məhrum etmə cəzasını alıblar. 4 il davam edən məhkəmə nəticəsində onlardan 2 nəfər ömürlük, 5 nəfər isə 10-14 illik həbs olunublar.

Professor Qiyasəddin Qeybullayev məhkəmədə bildirib ki, ölümündən əvvəl onun Ziya ilə söhbəti olub. Bünyadov ona bildirib ki, İrana getmək üçün həmin ölkənin Bakıdakı səfirliyində olanda oranın əməkdaşları İran din xadimlərinin onu öldürmək istədikləri barədə məlumat veriblər. Bundan əvvəl isə akademik İranda olarkən naməlum səbəbdən avtomobil qəzasına düşsə də, sağ qalıb [2].

Ziya Bünyadova ölümündən 3 gün qabaq xəbər ediblər: “Deyirlər, səni öldürəcəklər”. O isə cavab olaraq deyib: “Məni öldürə bilərlər, amma fikirlərimi yox” [3]. Bünyadov qətlə yetirildikdən sonra Birinci Fəxri xiyabanda dəfn edilib [4].

Ədəbiyyat: 


  1. Ramilə Qurbanlı. Zülməti yaranlar. Bakı-2021.

  2. https://strateq.az/xeber/230636/ziya-bunyadovu-kiml%C9%99r-nec%C9%99-oldurub.html

  3. https://www.youtube.com/watch?v=uQwv0EgJfG4

  4. https://azerbaijan.az/related-information/78

  5. http://www.anl.az/down/meqale/sherq/2021/aprel/740878.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər