Astara şəhərində “Narkomaniyaya yox deyək, erkən nikaha son qoyaq” devizi altında tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.
Tədbirdə Astara rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Orxan Novruzov, Astara rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri B.Əliyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rayon üzrə sektorunun müdiri R.Şirinov və digər qurumların nümayəndələri iştirak ediblər. İnteraktiv formada davam edən tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçıları qalereyanın “Rəsm” dərnəyinin fəal üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, görüş Astara Dövlət Rəsm Qalereyasının və Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib.