Astarada "Mənim hüquqlarım məni qoruyur" mövzusunda tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 aprel tarixində verir.
Görüş Mərkəzi Kitabxananın Uşaq şöbəsində baş tutub. Burada M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi İradə Kazımova və VII sinif şagirdləri iştirak ediblər. Onlara mövzu etrafında məlumatlar verilib və müzakirələr aparılıb.
Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.