Astarada “Biz kitab oxuyarkən məkan və zaman xaricində sərbəst səyahətə çıxırıq” mövzusunda sərgi və tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 aprel tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Burada Z.Bünyadov adına 2 saylı tam orta məktəbin və Ş.Qasımov adına 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
İştirakçılara Ümumdünya Kitab və Müəllif Hüquqları Günü mövzusunda film təqdim edilib. Daha sonra mövzu ətrafında geniş məlumatlar verilib və şagirdlərin sualları cavablandırılıb.
Sonda mərkəzin Elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxış keçirilib.