Astarada 20 Yanvara həsr olunmuş anım mərasimi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
“Şəhidlər unudulmur” mövzusunda tədbir Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbində keçirilib. Burada 70 nəfər iştirak edib.
Sonda “Qəhrəmanlıq tariximizin 20 yanvar salnaməsi” mövzusunda videoçarx təqdim edilib.
Görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Astara rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə həyata keçirilib.