Astara Gömrük İdarəsində sahibkarlarla növbəti görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində verir.
Tədbirin keçirilməsində məqsəd gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı xarici ticarət iştirakçılarını məlumatlandırmaq, həmçinin onların təklif və rəylərini öyrənməkdir.
Toplantı çərçivəsində “Gömrük-Biznes Forumu 2023”-də müzakirə olunan məsələlər, eləcə də Səlahiyyətli İqtisadi Operatorlar, Avtomatlaşdırılmış Risk Analiz Sistemi – ARAS və “Smart-Bot” mobil tətbiqi barədə məlumat verilib.
Yekunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.