“Psixoloji dəstəklə təhsilə şagird qazan" layihəsi çərçivəsində seçilmiş 5 məktəbdən ümumi 6 komanda arasında "Şagirdlərin Mix Çempionatı" adlı intellektual oyun keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinə istinadən verir.
Nəticələrə əsasən:
- Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin "Xudayar" komandası I yer;
- Y.Nəsirov adına Sərək kənd tam orta məktəbinin "Qarabağ" komandası II yer;
- A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbinin "Zirvə" komandası III yerin sahibi olub.
Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunublar.