Astarada BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sı üzrə “Peşə təhsilində Ulu Öndər Heydər Əliyev dövrü” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 fevral tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində keçirilib.
Görüşdə Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları və Astara şəhər 5 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. İştirakçılara mövzu ətrafında geniş məlumatlar verilib.
Sonda şagirdlərin peşə təhsili haqqında sualları cavablandırılıb.