Astara Tarix-Diyarşünaşlıq Muzeyində "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!" mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində verir.
Görüşə Ş.Qasımov adına şəhər tam orta məktəbinin müəllim və şagirdləri qoşulublar. Onlara mövzu ətrafında məlumatlar verilib.
Həmçinin mövzu ilə bağlı muzeyin kiçik elmi işçisi Çiçək Axundova geniş məruzə edib.