Astara rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər Şəhəri Gününə həsr olunan tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.
Astara rayon Dövlət Rəsm Qalereyası əməkdaşlarının və Ş.Qasımov adına Astara rayon 4 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə “Kəlbəcər rayonunun işğaldan azad olunmasından 3 il ötür” adlı film nümayiş olunub.
Çıxışlardan və mövzu ətrafında diskussiyadan sonra tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.