Astara Tarix-Diyarşünaslıq Muzeyində Kəlbəcər Şəhəri Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.
Şahin Əliyev adına Astara rayon Rüdəkənar kənd ümumi orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə Kəlbəcər rayonunun tarixindən və mədəniyyətindən danışılıb.
Yekunda şagirdlərlə fikir mübadiləsi aparılıb.