Astara Gənclər Evi Sosial Xidmət Müəssisəsi və “Kaspi Lənkəran” Təhsil Mərkəzinin təşkilatçılığı ilə intellektual yarış keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 avqust tarixində verir.
Astara Mədəniyyət Mərkəzində keçirilən oyunda 9 komanda öz intellektual səviyyələrini nümayiş etdirib. Yarışın qalibi “Pentaqon” komandası olub.